Azərbaycan-Monako biznes forumu keçirilir

Foto illüstrasiya

Bu gün, noyabrın 7-də Bakıda Azərbaycan-Monako biznes forumu keçirilir.

Forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Monako İqtisadiyyat Palatası arasında anlaşma memorandumları imzalanıb. Bundan başqa, Azərbaycan Ticarət və Sənaye Palatası və Monako İqtisadiyyat Palatası arasında da eyni sənədin imzalandığı bildirilir.

AZƏRTAC xəbər verir ki, forumda iqtisadiyyat nazirinin müavini Sahil Babayev son dövrlər Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Nazir müavini Monako iş adamlarının Azərbaycana səfəri çərçivəsində təşkil edilmiş biznes forumun iki ölkə arasında əməkdaşlığın inkişafına, ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib.

Monako ilə Azərbaycan arasında əlaqələr 2007-ci ildən yaranıb.

Monako dünyanın ən kiçik ölkələrindən biridir.