Rusiyanın “Pobeda” hava yolları şirkəti Rastov- Yerevan reysindən imtina edir.
Buna səbəb Yerevanın “Zvartnis” hava limanında sərnişin xidmətlərinin bahalığıdır.
Şirkətdən İnterfaksa bildiriblər li, Yerevan hava limanında 1 sərnişinə xidmət 50 avrodur ki, bu onların tarifdən çoxdur.
Şirkətin məlumatına görə, onların xarici marşurut şəbəkəsində 1 sərnişinə xidmət orta hesabla 10 avro, bəzi hava limanlarında isə pulsuzdur.
Rastov-Yerevan reysinə icazə iyuldan verilsə də hələ ki, reallaşmayıb.
Uçuşlar həftədə 4 dəfə olmalı idi.
“Rosaviasiya” bunun əvəzində oktyabrda şirkətə Moskva-Gümrü reysini təklif edib.
İnterfaksın məlumatına görə, yerli hava limanı “Pobeda”ya endirim edib.
Kiçik büdcəli “Pobeda” şirkəti “Aeroflot”a daxildir.