FIFA-nın komissiyası Sankt-Peterburqun “Zenit-Arena” stadionunu yararsız sayıb.
Buna səbəb arenada vibirasiyanın yüksək olmasıdır.
Bu barədə “Fontanka” internet portalı xəbər verir.
Mənbənin məlumatına görə, FİFA-nın yarışların təşkili üzrə direktoru Kolin Smit, dünya çempionatına hazırlıq üzrə departamentin rəhbəri Kristian Unqer və Rusiya “2018 təşkilat komitıəsi”nin nümayəndələri oktyabrın 31-də stadiona baxış keçiriblər.
Onlar yaşıl qazona girib atlananda, stadionun səthi titrəməyə başlayıb.
Mənbə yazır ki, inşaatçılar problemdən hali imişlər.
Sankt-Peterburqun Krestovsk adasındakı bu stadion 2007-ci ildən tikilir.
2018-ci il dünya çempionatına görə, layihəyə əlavələr edilib.
Üstü örtülən stadion 2017-ci ildə istifadəyə verilməlidir.