Ölkədən buraxılmayan borcluların sayı artıb

Arxiv fotosu

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin sayı açıqlanıb. Vergilər Nazirliyinin məlumatına görə, onların sayı 655-ə çatıb.

Bu, oktyabrın 28-nə olan rəqəmdən 3 nəfər çoxdur.

Buna da bax: 1043 nəfər Azərbaycandan çıxa bilməz

Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 9 xarici vətəndaş da var. Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb. Çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə, 28 oktyabra olan məlumata nisbətən 1 nəfər azalaraq 390 olub.

Qeyd edək ki, əslində vergi borcu olanlar bundan dəfələrlə çoxdur. Sadəcə, nazirlik əsasən xaricə tez-tez gedib gələnlərə qadağa qoyur.