Daha 73 pilotun həbsinə qərar verilib

Foto arxiv

Ankara daha 73 hərbi pilotu çevriliş cəhdində günahlandırır. Türkiyə dövlət informasiya agentliyinin məlumatına görə, ittiham olunan pilotların həbsi haqda göstəriş verilib. Onlardan 45-i tutulub, 28-i axtarışdadır. Şübhəlilərdən 2-si polkovnik, qalanları leytenantdırlar.

Yayda Türkiyədə çevriliş cəhdi nəticəsində 270 adam ölüb. Bu hadisədən sonra hökumət təmizləmə əməliyyatı keçirir, 35 minə qədər adam həbs olunub, 80 mindən çox adamın, o cümlədən dövlət işçiləri barəsində araşdırma aparılıb, onlar ya həbsə atılıb, ya işdən qovulublar.