Hava qüvvələrinə yeni komanda məntəqəsi

Arxiv fotosu

Oktyabrın 27-də müdafiə naziri Zakir Həsənov Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissəsinə baş çəkib.

Nazir Qırıcı Aviasiya Bazasının və Radiolokasiya Hərbi Hissəsinin Birləşmiş Komanda Məntəqəsinin açılışında iştirak edib.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.

Buna da bax:​ Hərbi ekspert: 'Biz Bakıdan, Gəncədən, Mingəçevirdən muğayat olmalıyıq'

Məlumata görə, Z. Həsənova məruzə olunub ki, müasir texnoloji avadanlıqla təchiz edilən məntəqə HHQ-nin növbətçiliyinin yüksək səviyyədə aparılması, qoşunların qısa müddətdə hazır vəziyyətə gətirilməsini təmin edir.

Məntəqənin eyni zamanda istənilən iqlim şəraitində, sutka ərzində hava hədəflərinin izlənməsinə, kəşfiyyat məlumatlarının toplanmasına, təhlilinə və qərarların vaxtında qəbuluna imkan verdiyi bildirilir.