Müşfiq Abbasov Türkiyədə vəfat edib

Qaz

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan «Azəravtoyol» ASC-nin Aparat rəhbəri Müşfiq Abbasovun Türkiyədə vəfat etdiyi bildirilir.

«Report»un xəbərinə görə, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib. Onun oktyabrın 27-də Ankarada xəstəxanada vəfat etdiyi deyilir.

Xəbərə görə, M.Abbasovun xanımı Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır.

Oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi, Koroğlu küçəsində fərdi yaşayış evində partlayış olub. Hadisə zamanı ev sahibi Müşfiq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova və 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar. 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.

Partlayışın evin yaxınlığındakı xətdən qaz sızmasından baş verdiyi açıqlanıb.