Fasilələrlə yağış gözlənilir

Yağış

Oktyabrın 27-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, gecə və səhər bəzi yerlərdə qısa yağıntı ehtimal olunur. Abşeronda gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı bildirilir. Gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təxmin edilir.