600-dən çox şirkət rəhbərinə yasaq

Vergilər Nazirliyi

Vergilər Nazirliyi borca görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi və fiziki şəxslərin adlarını açıqlayıb.

Nazirliyin yaydığı xəbərə görə, oktyabrın 24-nə kimi vergi borcuna görə 1000 nəfərdən çox şəxsin ölkədən çıxışına yasaq qoyulub. Onlardan 634-ü şirkət, firma və ya müəssisə rəhbəridir.

Ancaq nazirlik vergiödəyicilərin borclarının həcmini açıqlamır.