Herbert Salber Bakıda

Herbert Salber

Oktyabrın 25-də Avropa Birliyinin Cənubi Qafqaz üzrə nümayəndəsi Herbert Salber-in Bakıya gəldiyi bildirilir.

Xəbərə görə, H.Salber-in səfəri üç gün davam edəcək. Üçgünlük səfər zamanı o, Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycan və Avropa Birliyi münasibətlərin inkişafı, Qarabağ münaqişəsinin nizamlanmasının perspektivləri müzakirə edilməlidir.

Bu il iyulun 6-da Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib.

Azərbaycan Avropa Birliyi ilə «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.