Maltada qəzaya uğrayan təyyarədə Fransa rəsmiləri olub

Sizin brauzer HTML5-i dəstəkləmir

Maltada təyyarə qəzası,ölənlər var

Maltada təyyarə qəzasında ölənlərdən 3-ü Fransa Müdafiə Nazirliyinin rəsmisi, 2-si əsgərdir.

Təyyarə oktyabrın 24-də, Malta beynəlxalq hava limanından ayrılan kimi yerə düşüb. Göyərtədəkilərin 5-i də həlak olub.

Malta rəsmilərinin verdiyi məlumata görə, bu uçuş Fransanın narkotiklər və insan qaçaqmalçılığına qarşı əməliyyatının bir hissəsi imiş.

Fransanın Müdafiə Nazirliyi qəza ilə bağlı araşdırmalara başlayıb. Ölənlərin hamısının qalıqları tapılıb.