Hillary Clinton inamla liderlik edir

Hillary Clinton və s Donald Trump

ABŞ-da prezident seçkisinə 15 gün qalmış Demokrat partiyasının namizədi Hillary Clinton inamla liderlik edir.

O, həm ümumilikdə ölkədə, həm də seçkinin taleyini həll edə bilən əsas ştatlarda respublikaçıların lideri Donald Trumpu qabaqlayır.

Bu barədə BBC Hillary Clintonun seçki qərərgahına istinadla xəbər verir.

Qərərgah hesab edir ki, builki seçkidə əvvəlkilərdən xeyli çox adam iştirak edəcək.

Ənənəvi olaraqYuta və Arizona kimi respublikaçı ştatlarda keçirilən rəy sorğuları göstərir ki, bu ştatlar uzun illər ərzində ilk dəfə olaraq demokratların namizədinə səs verə bilər.

Trumpun reytinqi, qadınların ünvanına qalmaqallı sözlər deməsilə bağlı videonun KİV-lərdə yayılmasından sonra düşüb.

ABCNews və Washington Postun araşdırmaları da göstərir ki, rəyi soruşulanların 69 faizi Trumpun onu cinsi təcavüzdə ittiham edən qadınlar barəsində dediklərini pisləyir.

Qadınları yalançılıqda günahlandıran Trump prezident seçiləcəyi halda onları məhkəməyə verəcəyini vəd edib.

ABŞ mətbuatının yazdığına görə, ümumilikdə Trumpu cinsi təcavüzdə 11 qadın ittiham

edir.

Trunpun seçki qərərgahının rəhbəri NBC-ə müsahibəsində bildirib ki, o qalib gələ bilər.

Amma Trumpun özü ötən cümə günü etiraf edib ki, uduza bilər.

ABŞ-da növbəti prezident seçkisi noyabrın 8-də keçiriləcək.