Bakıda yağış, dağlıq rayonlarda qar

Yağış

Oktyabrın 25-i Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 7-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimal edilir. Gecə 5-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti təxmin edilir.

Xəbərdarlığa görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcək.