Türkiyə Suriyaya hava zərbələri endirib

Hava zərbəsi

Türkiyənin hərbi təyyarələri Suriyadakı kürd yaraqlılarının bazalarını bombalayıb. Türkiyə rəsmilərinin verdiyi məlumata görə, əməliyyat zamanı 200-dək kürd döyüşçüsü öldürülüb. Kürd komandanı Mahmoud Barkhadan cəmi 10 əsgərin öldüyünü deyib.

Hava zərbələri Suriyanın Hələb şəhərinin şimalına, Kürd Xalqının Müdafiə Birliklərinin (YPG) bu yaxınlarda ələ keçirdiyi, İŞİD-dən azad etdiyi bölgəyə endirilib.

Suriyadakı fəallar YPG-nin qərargahlarının, sığınacaqlarının, silah anbarlarının dağıdıldığını bildiriblər. RPG qüvvələrinə ABŞ arxa durur, amma Türkiyə bu təşkilatı da PKK ilə əlaqəli terrorçu təşkilat hesab edir.