ABŞ prezidenti Barack Obamanın ögey qardaşı Malik Obama Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trumpu dəstəkləmək istəyir.
Bu barədə New York Post nəşri xəbər yayıb.
Malik Obama hesab edir ki, Trump yenidən “ABŞ-ı
böyük edə bilər”.
O, həmçinin Demokrat partiyasının namizədi Hillary Clintonun Dövlət katibi kimi fəaliyyətini tənqid edib.
Malik Obama Keniyada doğulub, amma uzun illər ABŞ-da yaşayıb, ABŞ vətəndaşıdır.
ABŞ-da prezident seçkisi bu il noyabrın 8-də keçiriləcək.