Bərdədə kök yığımı

Bərdədə kök yığımı mövsümü başlayıb

Nicat deyir, ən ağır işi o görür bu sahədə - kökü qazıb üzə çıxarmaq.

Sahədə işləyənlərin sözlərinə görə, indi hava şəraiti sahədə işləmək üçün yaydakından qat-qat əlverişlidir.

Gün şüası zəifləyənə qədər qadınlar sahəyə bu cür üzübağlı işləməyə çıxacaqlarını deyir.

Əmirli kənd sakini, qocalıq üçün aldığı müavinəti yetmədiyi üçün işləməyə məcbur olduğun deyir.

Üzlərini bu cür bağlayaraq işləmək aran rayonlarında qadınların özəl geyim tərzinı çevrilib.

Kökün əkilməsindən tutmuş yığılıb bazara satışa çıxarılmasına qədər əl əməyindən istifadə olunur.

Kökünün sulanması damcı suvarma vasitəsilə aparılır. Torpağa əkilən hər bir toxuma fərdi qulluq göstərilmiş olur.

Fermerin sözlərinə görə, soyuq aylarda çıxarılan köklər şaxtanın təsirindən daha dadli və şirin olacaq.

Yığılan məhsullar sahədən yığılıb anbara daşınır və orada ayırtlanıb çeşidlənir.

Bərdənin Əmirli kəndindən Azərbaycanın böyük şəhərlərinə, xüsusu ilə bakıya tonlarla kök satışa göndərilir.

Burada köklər təmizlənərək xüsusui səliqə ilə kisələrə yığılər və satışa göndərilir.

Məhsullar xüsusui adla və quruluşda hazırlanan kisələrə doldurulub qablaşdırılır.

Kök yığımı Oktyabrdan başlayıb qışın orta aylarına kimi davam edəcək.