Prezident Qazaxda

Foto arxiv

Prezident İlham Əliyev Qazaxa səfər edib.

Oktyabrın 19-da Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

«Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verib ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə bu il başlanıb. Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir.

Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda «Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdimatında da iştirak edib.

Dövlət başçısının bundan başqa Qazax rayonunda 110/35/6 kilovoltluq «Daş Salahlı» yarımstansiyasının açılış mərasiminə də qatıldığı bildirilir.