İxrac və idxalda nə artıb, nə azalıb

Foto illüstrasiya

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarətinin həcmi 12 milyard 742 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsinin bildirməsinə görə, bu, keçən ilin eyni dövrünə nisbətən 22.64 faiz azdır. İdxalın həcmi 6 milyard 201 milyon ABŞ dollarına (5.89 faiz azalma), ixrac isə 6 milyard 541 milyon ABŞ dollarına (33.81 faiz azalma) bərabər olub.

Əsas malların ixracında azalma faizləri (statistik dəyər) belədir:

Xam neft – 31.04 %

Neft məhsulları – 54%

Təbii qaz – 44.54%

Elektrik enerjisi – 8.17%

Çay – 64.57%

Bitki və heyvan mənşəli piy və yağlar – 90.17%

Şəkər – 70.12%

Spirtli və spirtsiz içkilər – 31.92%

Kimya sənayesi məhsulları – 36.11%

Plastmas və onlardan hazırlanan məmulatlar – 13.91%

İxracatı artan mal və məhsullar:

Əsas ixrac mallarından qara metal və ondan hazırlanan məmulatlar – 184.24%

Pambıq iplik – 45.02%

Alüminium və ondan hazırlanan məmulatlar – 14.94%

Meyvə-tərəvəz – 33.31%.

İdxalı artan əsas məhsullar:

Ət – 88.20%

Süd – 34.87%

Kərə yağı və süddən hazırlanmış digər yağlar – 139.15%

Meyvə-tərəvəz – 113.27%

Çay – 174.20%

Bitki və heyvan mənşəli piy və yağlar – 57.52%

Şəkər – 46.55%.

Buğda idxalının azalması diqqət çəkir. Ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı 7.29% azalıb.

Bundan başqa, əczaçılıq məhsulları idxalı 29.2% düşüb. Ötən illə müqayisədə xaricdən daha az qara metal və ondan hazırlanan məmulatlar (24.3% az), tütün və tütün məmulatları (47.79% az), nəqliyyat vasitələri və onların hissələri (43.76% az) gətirilib. Bütün bunlara, təbii ki, manatın dəyərsizləşməsi də təsir göstərib.