Oktyabrın 18-i Bakı və Abşeron yarımadasında yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, Abşeronda gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal edilir. Gecə 6-9, gündüz 9-14 dərəcə isti olacaq. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz isə 3-8 dərəcə isti olacağı təxmin edilir.
Evləri su basıb (VİDEO)
Sizin brauzer HTML5-i dəstəkləmir
Bakıda evləri su basıb