Müstəqillik günü İran gəmiləri Bakıya gələcək

İran hərbi gəmisi

İranın Xəzər donanmasının iki hərbi gəmisinin Bakıya gələcəyi bildirilir.

«Report» bu xəbəri İranın Azərbaycandakı səfirliyinə istinadən yayıb.

Xəbərdə qeyd edilir ki, «Dəməvənd» və «Coşan» raket gəmisi Bakıya oktyabrın 18-də çatacaq.

Səfər zamanı gəmilərin heyəti Azərbaycan paytaxtı ilə tanış olmalı və bir sıra görüşlər keçirməlidirlər. Görüşlərdə Xəzər dənizində təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.

Gəmilər Bakıda 3 gün qalmalıdırlar.

Oktyabrın 18-də Azərbaycanda müstəqilliyin bərpasının 25 ili tamam olur.