Artur Rasizadə Muhammad Nawaz Sharif ilə görüşüb

Artur Rasizadə Muhammad Nawaz Sharif ilə görüşür. 14okt2016

Azərbaycanın baş naziri Artur Rasizadə oktyabrın 14-də Pakistan İslam Respublikasının baş naziri Muhammad Nawaz Sharif ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Artur Rasizadə Azərbaycan ilə Pakistan arasında bütün sahələrdə geniş əlaqələrin mövcud olduğunu, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsindən ötrü kifayət qədər mükəmməl hüquqi bazanın formalaşdığını qeyd edib.

O, qarşılıqlı münasibətlərin müxtəlif sahələrdə olduğu kimi, siyasi sahədə də uğurla inkişaf etdiyini vurğulayıb.

Buna da bax:​ Pakistan baş naziri Azərbaycana gəldi

Dağlıq Qarabağ münaqişəsinə toxunan Artur Rasizadə bildirib ki, Pakistan hökuməti hər zaman Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəkləyib. O, Pakistan Senatının Xocalı qırğınını soyqırımı kimi tanımasını yüksək qiymətləndirdiklərini vurğulayıb.

Pakistanın Baş naziri Muhammad Nawaz Sharif də Azərbaycan ilə bütün istiqamətlərdə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

O, gələcəkdə də iqtisadiyyat, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb.

Buna da bax:​ İlham Əliyev: 'Azərbaycan Kəşmirlə bağlı Pakistanı dəstəkləyir'

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Muhammad Nawaz Sharif oktyabrın 13-də Azərbaycana gəlib. O, günün birinci hissəsi prezident İlham Əliyevlə də görüşüb, mətbuata birgə bəyanatlar veriblər. Muhammad Nawaz Sharifin səfərin oktyabrın 15-də başa çatacağı bildirilir.