Aqrar sığorta mexanizmi dəyişdirilir

Traktor

Azərbaycanın kənd təsərrüfatı sahəsində mövcud sığorta mexanizminin yenidən qurulması nəzərdə tutulur.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) verdiyi məlumata görə, kənd təsərrüfatı sığortası mexanizminin təkmilləşdirilməsi istiqamətində işlərə başlanıb: «Azərbaycanın sığorta bazarının xüsusiyyətlərinə, kənd təsərrüfatı şəraitinə və dövlət siyasətinə uyğun olan modelinin seçilməsi üçün beynəlxalq təcrübə öyrənilib. ABŞ, Türkiyə, İspaniya, Avstriya, Kanada, Almaniya və İsrail təcrübəsi araşdırılıb».

Bu sahədə əməkdaşlıq məqsədi ilə Palata və Kənd Təsərrüfatı Nazirliyi birgə işçi qrup yaradıb.