Prezident Pakistanın baş nazirini qəbul edib

Nawaz Sharif

Oktyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının baş naziri Muhammad Nawaz Sharif-i qəbul edib.

Prezidentin mətbuat xidməti görüşün məhdud tərkibdə keçirildiyini bildirir və hələlik, onun detalları ilə bağlı bilgi vermir.

Muhammad Nawaz Sharif oktyabrın 13-də Azərbaycana gəlib. Onun səfəri 3 gün çəkəcək. Səfər çərçivəsində Pakistan baş nazirinin azərbaycanlı həmkarı Artur Rasizadə ilə də görüşəcəyi gözlənilir.

Səfərin iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət etdiyi bildirilir.