Pakistan baş naziri Azərbaycana gəldi

Nawaz Sharif

Pakistan İslam Respublikasının baş naziri Muhammad Nawaz Sharif oktyabrın 13-də Azərbaycana gəlib.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Aeroportunda Pakistanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistanın baş naziri Nawaz Sharif-i hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Muhammad Nawaz Sharif-in bu səfər çərçivəsində prezident İlham Əliyev və azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşəcəyi gözlənilir.

Görüşlərdə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair müzakirələrin aparılması nəzərdə tutulur.