Mal bazarı- [Fotolar]

Mal Bazarı həftənin hər bazar günü səhər saat 4-5-dən başlayır və günortaya qədər davam edir.

Öz heyvanını sata bilməyənlər onları yenidən öz evinə aparıb növbəti bazar gününü gözləməli olur.

Qoyunları satan Elşad deyir ki, onları tək-tək satmaq çətindi, çünki vaxt çox gedir və sonda qoyunların hamısını satıb qurtara bilmirsən çox vaxt.

Satılan satılıdı, geriyə iki keçi qaldı.

Bazarın bağlanmağına az qalmış iki qoyun müstərisini gözləyir.

Sonda qalan iki qoyunu almaq üçün qiymət razılaşması aparılır.

Mal-heyvan alan insanlar razılaşıb ödəmə edəndən sonra hər iki tərəf bir-birindən halallıq alır.

 

Qoyunlar satıldı. Alan razı, satan razı.

"Öz heyvanını satmaq üçün onu əzizləyib müştəriyə tərif etməlisən, verdiyi südün çoxluğunu bildirməlisən", deyir Hafiz.

Müştərilərin çoxu bütün bazarı gəzib-dolaşıb ortalama qiyməti biləndən sonra almağa qərar verirlər.

Alıcılar bəzən ya dəllalın köməyindən istifadə edir, ya da ortaq tanış vasitəsi ilə qiymət endirib heyvan alırlar.

Nadir deyir ki, xeyir iş üçün heyvan alanda satıcı az da olsa qiyməti aşağı edir.

Bazar boşalandan sonra.

Böyük yük maşınları baha olduğundan heyvan daşımaq üçün minik avtomobillərində kiçik qoşmalardan istifadə edirlər.