Oktyabrın 12-si Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 14-17, gündüz 18-22, Bakıda gecə 15-17, gündüz 18-20 dərəcə isti olacaq.
Ölkənin rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir. Gecə 11-16, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti təxmin edilir.