İlham Əliyevin Türkiyə səfəri başa çatıb

İlham Əliyev və Tayyib Erdoğan

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfəri oktyabrın 10-da başa çatıb.

Prezident İlham Əliyev oktyabrın 9-da Türkiyəyə getmişdi.

O, elə həmin gün İstanbulda Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la görüşmüşdü.

Bu görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdi.

Oktyabrın 10-da İstanbulda dünya enerji sammiti keçirildi. Azərbaycan prezidentinin Türkiyəyə səfərində də əsas məqsəd bu sammitin işinə qatılmaq idi.

Sammitdə çıxış edən Azərbaycan dövlət başçısı İlham Əliyev toplantının gedişində Venesuela prezidenti Nicolas Maduro ilə də görüşmüşdü.