Ermənistanın Mədəniyyət Naziri fəxri adların gərəksizliyindən danışıb

Ermənistanın mədəniyyət naziri Armen Amiryan

-

Ermənistanın yenicə təyin olunmuş Mədəniyyət naziri Armen Amiryan bu günlərdə Azadlıq Radiosunun erməni bürosuna müsahibəsində mədəniyyət sahəsində fəxri adların ləğv olunması gərəkdiyini bildirib.

Nazirin mətbuat katibi Ruzanna Khachatryan öz "facebook" səhifəsində Nazirin müsahibəsindən bir parça paylaşıb:

"Armen Amiryan şəxsi fikrini ifadə edərkən deyib ki, mədəniyyət sahəsində fəxri adlar bir ənənə kimi çoxdan yığışdırılmalıydı, çünki azad bazarda hər şey sənət adamının əsərinin nə qədər qəbul olunmasından asılıdır."

Buna da bax: Pen club - Yeni ildən fəxri adlar ləğv oluna bilərmi?

Həmçinin o nazir olaraq bu rütbəyə hörmətlə yanaşılması gərəkdiyini daha doğrusu, "layiqli adamlara verilməsi" gərəkdiyini deyib. "Mən belə adların verilməsində əlimdən gələn qədər ədalətli olmağa çalışacam" - deyə nazir fikrini tamamlayıb.