Oktyabrın 10-u Quba rayonu ərazisində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 02:52-də Qubadan 24 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.6, dərinliyi 44 km olub.
Hər hansı dağıntı, itki haqqında xəbər verilmir.