Rusiya ABŞ təyyarələrini vuracağını deyir

S-400

Rusiyanın Müdafiə Nazirliyi xəbərdarlıq edib, Suriya qüvvələrinə hücum edən ABŞ təyyarələrini vuracaqlarını deyir. Bu, son vaxtlar Rusiya tərəfdən səslənən ən sərt və ən kobud xəbərdarlıqdır.

Suriyada atəşkəs pozulduğundan, Rusiya və Suriya qüvvələri Hələbi bombalayandan sonra ABŞ Rusiya ilə danışıqlardan çıxdığını elan edib. Buna baxmayaraq, Rusiya Suriyaya əlavə hərbi hava qüvvələri, uzaqmənzilli silahlar yerləşdirməkdədir.

«The Washington Post»un oktyabrın 4-də yaydığı məlumata görə, bu həftənin sonu ABŞ administrasiyası Suriyaya hava hücumlarıyla bağlı variantları gözdən keçirməyə hazırlaşır. Bəzi ABŞ rəsmiləri Suriya və Rusiyanın hava əməliyyatlarına cavab olaraq Suriya dövlət qurumlarını, təyyarələrin eniş zolağını bombalamağı, Suriyadakı qiyamçıları uzaqmənzilli silahlarla təmin etməyi məsləhət görürlər.