Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatı üzrə bir sıra proqnozlarına düzəlişlər edib.
«Turan»ın xəbərinə görə, fond 2016-cı ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) azalmasını 2.4 faiz proqnozlaşdırır.
Aprel proqnozunda azalma 3 faiz proqnozlaşdırılırdı.
BVF-yə görə, 2017-ci ildə 1.4 faiz ÜDM artımı müşahidə olunacaq. Aprel proqnozunda bu göstərici 1 faiz idi.
Fondun təxminlərinə görə, 2016-cı ildə inflyasiya 10.2 faiz olacaq. BVF apreldə bu göstəricini 12.8 faiz göstərmişdi.