E.Məmmədyarov Brüsselə gedib

Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə gedib. Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, o, oktyabrın 4-ü və 5-də Brüsseldə olacaq .

Xəbərə görə, nazirin səfərində məqsəd Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etməkdir.

Səfər çərçivəsində nazir E.Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulur.