Kim Kardaşyan qarət edilib - 10 milyon

Kim Kardashian

Erməni əsilli Realiti şou ulduzu və model Kim Kardaşyan qarət edilib.

Maskalı və polis geyimində olan şəxslər Parisdəki bahalı otellərdən birində qalan K.Kardaşyanı otağına qaldıraraq qarət edibblər.

İnsident oktyabrın 3-gecə saat 3 radələrində baş verib.

Verilən məlumata görə, hücum edənlər 5 nəfər olub.

Onlar Kardaşyana xəsarət yetirməsələr də onun təxminən 10 milyon dollar dəyərində qızıl-zinət əşyalarını qarət ediblər.

Hazırda qarətçilərin axtarışı gedir.

Məlumatı Kardaşyanın sözçüsü İna Treciokas da təsdiqləyib.

“Billboard” jurnalının yazdığına görə, Kardaşyan Parisdə bacıları Kendall Jenner və Kourtney Kardashianla birgə olub.