Britaniyanın baş naziri Theresa May deyib ki, Britaniyanın AB-dən rəsmən ayrılması prosesinə 2017-ci il martın axırında başlayacaqlar. Anlaşmaya görə, ölkənin birlikdən çıxması prosesi iki illik danışıqlar əsasında reallaşmalıdır.
Avropa Birliyi Şurasının prezidenti Donald Tusk T.May-in çıxışını alqışlayıb, onun bəyanatının vəziyyətə aydınlıq gətirdiyini deyib.
T.May Britaniyanın AB-yə qatılması haqda qanunun ləğviylə bağlı «Böyük Ləğv Layihəsi»nin hazırlanacağını da bildirib. Avropa İcmaları Aktının ləğvi Britaniya birlikdən çıxandan sonra həyata keçiriləcək.
Britaniya iyunun 23-də referendum keçirərək, AB-dən çıxmağa qərar verib.