Almaniyada polis maşınları yandırılıb

Almaniyada antimiqrant aksiyaları

Almaniyanın Drezden şəhərində 3 polis avtomobili yandırılıb.

Polisin məlumatına görə, maşınlar gecə vaxtı yandırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Açıqlamada hadisənin siyasi motivli olduğu bildirilir.

Hadisədən sonra divarlara “Bütün Drezden polisə nifrət edir” yazısı yazdığına görə bir nəfər həbs edilib.