Brexit martın sonlarından başlayacaq

İllüstrasiya

İngiltərənin baş naziri Theresa May İngiltərənin Avropa Birliyindən çıxma müddətinin (Brexit) martın sonlarından rəsmən başlayacağını bildirib.

Bu ilin iyunun 23-də İngiltərədə keçirilən referendumla ölkənin Avropa Birliyindən çıxma qərarı verilmişdi.

Bundan əvvəl Avropa Birliyi rəsmiləri İngiltərədən tezliklə müzakirələrə başlamasını istəmişdi.