Xeyli qida məhsuluna gömrük rüsumları artırılıb

Toyuq məhsulları

Nazirlər Kabineti ölkəyə gətirilən ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib.

Trend-in məlumatına görə, sözügedən məhsulların 1 kiloqramına görə 1-3 dollar arasında, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir.

Bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15%-i faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.