Elektron tabloda porno göstərilib

Foto illüstrasiya

İndoneziyanın paytaxtı Cakartada insanların və avtomobillərin sıx olduğu prospektlərin birindəki elektron tabloda porno film göstərilib.

Filmin göstərilməsi 5 dəqiqəyə yaxın davam edib.

Bələdiyyə binasının yaxınlığındakı tabloda görünən film adamlarda çaşqınlıq yaradıb. Filmin göstərilməsi ancaq elektrikin kəsilməsindən sonra dayandırılıb.

Rəsmilər filmin ekrana necə yol tapdığını bilmədiklərini, polisin araşdırmalara başladığını deyiblər.

Yerli media yazır ki, elektron tablo özəl şirkətlərdən birinə aid olub. Bunun hakerlərin işi ola bilməsi haqda xəbərlər də yayılır.