Hələbdə 400 adam ölüb

Hələb

Suriyanın bombardman altında olan Hələb şəhərində vəziyyət dayanmadan ağırlaşır. Rusiyanın dəstəklədiyi Suriya ordusunun və müxalif qüvvələrin nəzarətində olan şəhərin şərqində hava hücumları günü-gündən qızışır.

Dünya Səhiyyə Təşkilatı tərəflərə yaralıların təcili və təhlükəsiz köçürülməsi üçün çağırış edib.

Təşkilat bildirib ki, Hələbdə son bir neçə həftədə bombardman nəticəsində 338 nəfər ölüb. Onlardan 106 nəfəri uşaqlardır. 900-ə yaxın adam yaralanıb.

Şəhərin iki ən böyük xəstəxanası da bombardmanların hədəfinə çevrildiyindən, həmin xəstəxanalar fəaliyyət göstərə bilmir.