Məhbuslar qaçıblar

Foto illüstrasiya

Braziliyanın San-Paulu şəhəri ətrafında yerləşən Jardinopolis həbsxanasından azı 400 məhbus qaçıb.

Həbsxana əməkdaşları bir neçə saat ərzində onlardan 330 nəfərini ələ keçirib. Ancaq qaçanların sayı dəqiq bilinmir.

Braziliya həbsxanalarında saxlanma şəraitinin ağır olması xəbərləri tez-tez yayılır.