Yağış gözlənilir

Yağış

Oktyabrın 1-i Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 12-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-6, gündüz 11-16 dərəcə isti təxmin edilir.