'Suriyadan gələn ermənilər Dağlıq Qarabağda yerləşdirilir'

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənilər Zəngilana köçürülür

«Son illər dünyada baş verən münaqişə, müharibə və yoxsulluq səbəbindən kütləvi miqrasiyanın dairəsi genişlənir».

APA-nın xəbərinə görə, bunu sentyabrın 30-u Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov V Bakı Humanitar Forumu çərçivəsində keçirilən dəyirmi masada deyib.

Onun deməsinə görə, statistikaya əsasən, dünyada 60 milyondan artıq qaçqın və məcburi köçkün var: «Ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 250 min nəfər Ermənistandan, 700 min nəfər Qarabağdan, 50 min nəfər Orta Asiyadan olan Ahıska türkü, 15 min nəfər isə müxtəlif ölkələrdən yaşayış yerini məcburi dəyişənlər gəlib. Azərbaycan torpaqlarının 20 faiz hələ də işğal altındır. İşğal altında olan ərazilərdə bütün yaşayış infrastrukturları, abidələr dağıdılıb. Ölkəyə ümumilikdə 500 milyard dollar ziyan vurulub. Təbii ki, ən böyük itki həlak olmuş 30 minə qədər soydaşımızdır».

Əli Həsənov deyib ki, Dağlıq Qarabağ münaqişəsindən 25 il keçməsinə baxmayaraq, həll olunmur: «Nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələri icrasız qalır. Minsk qrupunun fəaliyyəti də nəticə vermir. Mütəmadi olaraq mülki əhaliyəatəş açılır. Suriyadan ermənilər gətirilərək Dağlıq Qarabağa yerləşdirilir».

Sentyabrın 29-da başlayan V Bakı Humanitar Forumu bu gün - sentyabrın 30-da başa çatmalıdır.

Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli müzakirələr aparmaq məqsədilə hər il keçirilən tədbirdir. 2010-cu ildən keçirilən forumun təşəbbüsçüləri Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın ozamankı dövlət başçısı Dmitry Medvedev olub.