'Qarabağ'dan ağır məğlubiyyət

Foto arxiv

Ölkə çempionu «Qarabağ» komandası Avropa Liqasının qrup mərhələsi çərçivəsində ikinci oyununda İtaliyanın «Fiorentina» klubunun qonağı olub.

«Qarabağ» səfərdə ağır məğlubiyyətə uğrayıb. Oyun meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Ağdamlılar matça fəal başlasa da, 30-cu dəqiqədə Elvin Yunuszadənin aldığı qırmızı vərəqə bütün planları korlayıb.

İlk hissədə 5 dəqiqə ərzində 3 qol buraxan Qurban Qurbanovun yetirmələri, ikinci hissədə daha iki dəfə öz qapısından top çıxarmağa məcbur olub.

Azərbaycan çempionun gücü isə yalnız bir təsəlli qoluna çatıb.
«Qarabağ»ın qrupda iki oyundan sonra cəmi bir xalı var.