Dünya liderləri Shimon Peres-in dəfn mərasiminə toplanır

Shimon Peres

İsraildə keçmiş baş nazir, Nobel mükafatı sahibi Shimon Peres-lə vida mərasimi keçirilir. Tədbirdə 70-ə qədər ölkə təmsilçisinin, o cümlədən ABŞ prezident Barack Obama-nın, Britaniyadan şahzadə Charles-ın iştirakı gözlənir. Yerusəlimdə yolların çoxu bağlanıb, təhlükəsizlik qüvvələri xüsusi rejimdə işləyir.

Shimon Peres sentyabrın 28-də, 93 yaşında vəfat edib. Sentyabrın 29-da onunla vida mərasimində 30 minə qədər adam iştirak edib.

Sülh tərəfdarı kimi tanınan Peres həm ölkəsində, həm də beynəlxalq aləmdə İsrailin ən nüfuzlu lideri idi. Nobel mükafatını 90-cı illərdə fələstinlilərlə sülh danışıqlarında oynadığı mühüm roluna görə almışdı.