ABŞ Rusiyayla əməkdaşlığı dayandırmağın astanasında olduğunu bildirir

John Kerry

Rusiya ABŞ-ın Hələbdə bombardmanı dayandırmaq barədə çağırışlarına məhəl qoymayıb, Suriya hökumət qüvvələrinə yardımı davam etdirəcəyini bildirir. Sentyabrın 29-da Hələbdə daha iki xəstəxana bombalanıb. BMT-nin baş katibi Ban Ki-moon bütün bunların «müharibə cinayəti» olduğunu bildirib.

ABŞ-ın dövlət katibi John Kerry yenə--sentyabrın 29-da rusiyalı həmkarı Sergei Lavrov-la telefonla danışıb, Suriyada vəziyyətin gərgin olduğunu bildirib.

Amerika prezidenti Barack Obama məsələni Almaniya kansleri Angela Merkel-lə telefon danışıqlarında müzakirə edib. Onlar Suriyada əməliyyatların dayandırılması və BMT yardımının ölkəyə buraxılmasına imkan verilməsinə görə Rusiyanın məsuliyyət daşıdığını vurğulayıblar. Hələbdə yüz minlərlə dinc sakinin, o cümlədən uşaqların yaşadığını deyib, Rusiya və Suriya silahlı qüvvələrinin Hələb əməliyyatlarını «barbarlıq» adlandırıblar.

Vaşinqton Rusiya ilə əməkdaşlığı dayandırmaq məsələsində çox ciddi olduğunu, Moskvadan ciddi addımlar gözlədiyini bildirir.