Ermənistanda milyonçu nazir

Baş nazir Karen Karapetian yeni səhiyyə naziri Levon Altunianı (solda) təqdim edir

Ermənistanda yeni səhiyyə naziri Levon Altuniandan jurnalistlər soruşublar ki, o, milyonçudurmu?

Altunyan birbaşa cavabdan yayınıb. Deyib ki, “istənilən moskvalı mənzilini satsa, milyonçu olar”.

News.am yazır ki, jurnalistlərin növbəti sualı yenə yeni nazirin var-dövləti ilə bağlı olub: “o, bu sərvəti həkim kimi qazanıb yoxsa iş adamı kimi?”

Nazir deyib: “Siz həkimlərdən soruşa bilərsiniz ki, həkimliklə milyonçu olmaq olarmı?”

Altunyan ixtisasca həkim-anestezioloqdur. Nazir təyin olunana qədər Ermənistanın ən böyük sığorta şirkətlərindən biri olan “İngo Armenia”-da icra direktoru olub.

168 ŞİRKƏT BAZARIN 90 FAİZİNƏ SAHİBDİR

Ermənistan büdcəsinin 30 faizi dövlət satınalmasına xərclənir, bu satınalmaların 70 faizi isə bir əldən alınanların payına düşür. .

Bunu “Aravot” qəzeti Transparency İnternational təşkilatının hesabatı əsasında yazır.

Hesabata görə, Maliyyə Nazirliyi yenidənqurma üzrə bütün sifarişləri eyni şirkətə - “Saakianshin” şirkətinə verir. İstintaq Komitəsi həmişə “Agat 777” şirkətindən alır.

Burda təsadüfilik yoxdur. Məsələn, İstintaq Komitəsinin sifarişləri verdiyi “Agat 777”-nin təsisçisi Agvan Karapetiandır. O, həm də “Nig-Aparan” həmyerlilər ittifaqının rəyasət heyətinə daxildir, o rəyasət heyətinin sədri isə İstintaq Komitəsinin rəhbərti Agvan Ovsepiandır.

Transparency İnternational təşkilatının dövlət satınalmaları üzrə eksperti Artak Manukian deyir: “Bizim müşahidələr göstərir ki, bazar bölünüb. 168 şirkət satınalmalar bazarının 90 faizinə sahibdir. Əgər bazarda yeni oyunçu peyda olsa, o,yalnız 10 min dramlıq qələm alma sifarizlərini və başqa belə əhəmiyyətysiz sifarişləri almaq üçün ortaya çıxa bilər”

"NALBANDİANIN ARXASINDA RUSİYA DAYANIR"

Ermənistanlı tarixçi, diplomat Ara Papian Ermənistanın Birinci İnformasiya Kanalına müsahibəsində yeni hökumətdə nazirlərin dəyişməsi, ancaq xarici işlər naziri və müdafiə nazirlərinin kim olacağı məsələsinin açıq qalması məsələsinə toxunub.

O deyib: “Xarici işlər naziri Edvard Nalbandianın arxasında Rusiya dayanır”. Ona görə o, vəzifəsində qalacaq.

Papian hesab edir ki. müdafiə naziri vəzifəsinə isə qadın təyin olunmalıdır.

Papian Azərbaycan barədə deyib ki, referendumla Azərbaycan xanlıq qurmaq yolunu seçdi.