İranın yeni səfiri Bakıdadır

İran

İranın Azərbaycana yeni təyin olunmuş səfiri Javad Jahangirzadeh sentyabrın 29-da Bakıya gəlib.

«Report» bu xəbəri İranın Azərbaycan səfirliyinə istinadən yayıb.

Səfir etimadnaməsini Azərbaycan prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Milliyyətcə azərbaycanlı olan Javad Jahangirzadeh bundan əvvəl İran parlamentinin Urmiyadan deputatı kimi fəaliyyət göstərib.

J.Jahangirzadeh səfir vəzifəsində bir müddət öncə diplomatik missiyasını başa vurmuş Mohsen Pak Ayeen-i əvəz edəcək.