İranlı aktyor Urmiya gölünün xilası üçün bir milyon imza verməyə çağırır

Aktyor Reza Kianian

-

İranda 90 faizi qurumuş Urmiya gölünə diqqəti çəkmək üçün daha bir ictimami kampaniya başlanır. Avqust ayının sonlarından sosial şəbəkələrdə başlamış ‘I am Lake Urmia’ (Mən Urmiya gölüyəm) adlı kampaniyanın məqsədi bir milyon imza toplayıb gölün qurumasının qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatında müzakirəyə nail olunsun.

“I am Lake Urmia” (من_دریاچه_ارومیه_هستم#) haştaqı asta-asta sosial şəbəkələrdə yayılmağa başlayıb. Kampaniyaya hamıdan öncə qoşulmuş İran aktyoru Reza Kianian ardıyca çoxlu aktyor, siyasətçi və idmançını da qoşulmağa ruhlandırıb. Kianian sosial şəbəkədə yazdığı statusunda deyir: "Biz gölümüzü qoruya bilsək, özümüzü qorumuş olacağıq"

Buna da bax: Urmiya gölündən son fotolar

Kianian dünən sentyabrın 27-si qatıldığı bir radio verilişində deyib ki, "Biz bir milyon imza toplaya bilsək Urmiya gölünü modern texnologiyalar və üsullardan istifadə edərək bərpa edə bilərik".

Xatırladaq ki, bu Urmiya gölünün xilası üçün keçirilmiş ilk kampaniya deyil Bundan öncə İran siyasətçiləri, deputatları, başda Hassan Rouhani də daxil olmaqla sosial şəbəkədə gölün xilas olunması ilə bağlı çağırışlar səsləmişdilər. Hətta Hollywood aktyoru Leonardo DiCaprio da may ayında Urmiya gölünün xilasına dəstək üçün İnstagramda gölün şəklini paylaşmışdı.