Erməni nazir aksiyaçılara çıxış yolu göstərdi

Ermənistanda etiraz aksiyası

Ermənistanın yeni kənd təsərrüfatı naziri İqnati Arakelyan Aqavnadzor kəndində etitaz aksiyası keçirən yerli fermerlərlə görüşüb.

Kənd sakinləri hələ ötən il yığdıqları üzümün pulunu bu günədək ala bilməyiblər.

Sakinlərin sözlərinə görə, “Vedi Alko” şirkəti onlara təxminən 295 min dollardan çox pul borcludur.

Qeyd edək ki, aksiyaçılar bu günlərdə buna etiraz olaraq, Ermənistanla İranı birləşdirən əsas magistral yolu bağlamış , həmçinin yerli məktəb, uşaq baxçası, və yerli rəhbərliyin yerləşdiyi binanı blokadaya almışdılar.

Sakinlər həmçinin oktyabrın 2-də yerli icma rəhbərliyinə seçkini baykotla hədələyiblər.

Nazirsə fermerlərə deyib ki, yolu bağlamaqdansa vəziyyətdən çıxış yolu tapmaq lazımdır.

“Bu biznesdir. Zavod hansısa qiymət elan eləməli,sizsə bir razılığa gəlməlisiniz. Seçim etmək lazımdır- ya məhsulu xarab olmaq üçün sahələrdə saxlamaq, ya da vəziyyətdən çıxış yolu tapmaq. Bu gün baha qiymətə məhsul almaq üçün dövlətin o qədər pulu yoxdur”,deyə Arakelyan vurğulayıb.