Baş Qərargah rəisi Sankt-Peterburqda

Nəcməddin Sadıkov

Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Rusiyanın Sankt-Peterburq şəhərinə gedib. Xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərdə qeyd edilir ki, səfər Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valery Gerasimov-un dəvəti ilə baş tutub.

N.Sadıkov sentyabrın 29-da MDB-yə üzv dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək.

İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparmalıdırlar.

N.Sadıkovun səfərinin sentyabrın 30-na kimi davam edəcəyi bildirilir.